İngiltərə Bankı baza faiz dərəcəsini əvvəlki səviyyədə saxlayıb

İngiltərə Bankı baza faiz dərəcəsini əvvəlki kimi illik 0,1% səviyyəsində saxlayıb.

TASS xəbər verir ki, bu barədə tənzimləyicinin saytında məlumat verilib.

Bundan əlavə, bankın Pul-Kredit Siyasəti Komitəsinin üzvləri dövlət istiqrazları və korporativ istiqrazların geri alınması proqramını 745 milyard funt sterlinq səviyyəsində saxlamağa səs veriblər.

İngiltərə Bankının növbəti iclası sentyabrın 17-nə təyin edilib.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Kardaşyandan müsəlman ölkəsi üçün çağırış: “Dua edin”

SONRAKI XƏBƏR

Neftçalada saxta arayış verən həkim barəsində cinayət işi başlanıb