Bazarlarda meyvə-tərəvəz bol, qiymət isə bahadır

Bazarlarda meyvə-tərəvəz bol, qiymət isə bahadır

Meyvə-tərəvəz mövsümünün olmasına baxmayaraq, Bakıda kənd təsərrüfatı mallarının qiyməti yüksək qalmaqda davam edir.

Bu durumda alıcıları narazı salan məsələlərdən biri də rayonlarla Bakıda qiymətlər arasında kəskin fərqin olmasıdır.

Məsələn, Bakıda 1 manata satılan pomidor, rayonlarda 20-30 qəpiyə, 80 qəpik - 1 manata satılan kortof 40-50 qəpiyə satılır. Digər məhsulların qiymətində fərq olsa da, daha kəskin fərq pomidorun qiymətində nəzərə çarpır.

Bu durum istehlakçıları narazı saldığı kimi istehsalçıları da narazı salır. Razı qalan tərəf isə məhsulların rayonlardan Bakıya gətirilməsini təşkil edən qrupdur. Duruma səbəb kimi isə istehsalçıların bazara çıxış imkanlarının olmaması göstərilir. Bəzən bu durumla bağlı olaraq Kənd Təsərrüfatı Nazirliyi ittiham olunur.

Disbalansın aradan qaldırılması üçün Nazirlik tərəfindən hansısa addımların atılması mümkün deyilmi?

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu Nazirliyə aid məsələ deyil: “Bazar iqtisadiyyatıdır. Qiyməti hökumət yox, bazar müəyyənləşdirir”.

Xatirə Nəsirova
Cebhe.info

Mənbə: cebhe.info