Tələbələrə güzəşt: Boş vaxtlarında işləyə biləcəklər

Tələbələrə güzəşt: Boş vaxtlarında işləyə biləcəklər

Rusiyada təhsil alan xarici tələbələrə asudə vaxtlarında işləmək üçün şərait yaradılıb. Belə ki, onlar sahibkarlara patent ödəmədən işə götürüləcəklər.

Rusiyanın Təhsil və Elm Nazirliyinin bu qərarı avqustun 5-dən qüvvədədir.

Cebhe.info xəbər verir ki, bu barədə RF Təhsil və Elm Nazirliyi məlumat yayıb.

Məlumata görə, əmək və ya vətəndaş hüququ müqaviləsinin bağlanması üçün tələbələrdən yalnız Rusiyada təhsil aldıqları haqqında arayış tələb ediləcək.

Qeyd edək ki, tələbələrin iş vaxtının dərs vaxtı ilə üst-üstə düşməməsi qaydasına nəzarət ediləcək.

Sevinc Tapdıqqızı
Cebhe.info

Mənbə: cebhe.info