Azərbaycanda kreditlərin sığortalanması bazarı 4 dəfə kiçilib

Azərbaycanda kreditlərin sığortalanması bazarı 4 dəfə kiçilib

Using a credit card.

Azərbaycanda kreditlərin sığortalanması 2020-ci ildə 4 dəfə kiçilib.

Banker.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən, 2020-ci ilin yanvar-iyun ayları ərzində cəmi 14 600 manatlıq kredit sığortalanıb. Öncəki ilin analoji dövründə bu rəqəm 57 100 manat idi. Lakin, dövr ərzində heç bir sığorta hadisəsi baş verməyib.

Cari ilin yanvar-may aylarında isə kredit sığortası üzrə yığılmış sığorta haqları 13 800 manat təşkil etmişdir. İllik müqayisədə kreditlərin sığortlanması bazarı 4 dəfə kiçilsədə, aylıq müqayisədə 6% böyüyüb.

Onuda qeyd edək ki, Kreditlərin sığortası — kredit götürənin müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar borcu (krediti) qaytarmaması nəticəsində borc (kredit) verənə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.

Mənbə: banker.az