Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır.

Qafqaz Müsəlmanları İdarəsindən Lent.az -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb.

Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkün olmadı.

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 300-dən çox sənəd verən olmuşdu.

Bu il Həcc ziyarətinin qiyməti 4 490 dollar müəyyənləşmişdi. Kvota isə 1500 nəzərdə tutulmuşdu.

 

Mənbə: lent.az