Kaspersky kiçik və orta sahibkarlığı qorumaq üçün həllər üzərində işləyən startaplar axtarmağa başlayır

Bakı. Trend:

Kaspersky, Kaspersky Open Innovation Program (Kaspersky Açıq İnnovasiya Proqramı) təşəbbüsü çərçivəsində beynəlxalq startap seçimlərinin yeni mərhələsini elan edir. Bulud mühitlərinin, məlumatların, tətbiqlərin, şəbəkələrin təhlükəsizliyini təmin edən məhsullar da daxil olmaqla, kiçik şirkətlər üçün təhlükəsizlik həllərinin hazırlanması ilə məşğul olan startaplar iştiraka dəvət olunurlar. Hüquqi qeydiyyata, məhsula və ya prototipə və bir neçə icra edilmiş sövdələşməyə və ya reallaşdırılmış pilot layihələrə malik startapların müraciətləri nəzərdən keçiriləcəkdir. Qazanan startaplar şirkətin müştəri və tərəfdaş bazasına daxil olmaq perspektivi fonunda Kaspersky ilə birgə pilot layihəyə başlamaq imkanı əldə edəcək. Onlara mentor dəstəyi də veriləcək.

Kaspersky, layihələrin qiymətləndirilməsini texniki cəhətdən nə dərəcədə hazır olmaları və inkişaf üçün gələcək imkanları baxımından aparacaq. Startapların seçilməsi ilə bağlı qərarlar, təklif olunan məhsulların və ya texnologiyaların kiçik və orta sahibkarlığın konkret problemlərini həll etməyə nə dərəcədə qadir olduqları nəzərə alınmaqla qəbul ediləcək.

Startap axtarışı üçün dörd innovativ platformadan istifadə ediləcək: GoTech, Dsight, Axis Innovation və F6S.

"Kiçik şirkətlər iqtisadiyyatın dünya üzrə milyonlarla insanın çalışdığı böyük bir sektorudur. Kiçik və orta sahibkarlığın üzləşdiyi çətinliklər böyük təşkilatların üzləşdikləri çətinliklərə bənzəyir. Kiçik şirkətlərə biznesin inkişafına fokuslanmağa, bununla da diqqəti kibertəhlükəsizlik məsələlərinə çəkməməyə kömək edəcək həllər tapmaq üçün yeni startap seçimi elan edirik," Kaspersky-nin investisiya və innovasiya mərkəzinin rəhbəri Vitali Mzokov deyib.

Ərizələrin qəbulu üçün son tarix 13 sentyabr 2020-ci ildir. Startapların seçim prosesi 29-30 sentyabr 2020-ci il tarixlərində baş tutacaq Online Demo Selection Days (Onlayn Demo Seçim Günləri) onlayn tədbiri ilə başa çatacaq.

Əlavə məlumat üçün: https://www.kaspersky.com/open-innovation-smb-call/.

F6S haqqında

Startaplar üçün aparıcı beynəlxalq portallardan biridir, həmçinin kəşfiyyat (scouting) və ərizə seçimi akseleratorları üçün platformadır. Dünya üzrə milyardlarla dollar cəlb edən 3.5 milyon təsisçi və startap F6S-da qeydiyyatdan keçib.

GoTech haqqında

Şirkət 2009-cu ildən bəri korporasiyalara texnoloji layihələrin və əməkdaşlıq üçün komandaların seçilməsi üzrə konsultasiya xidmətləri göstərir. O, ən yaxşı texnoloji həlləri izləmək və tapmaq, həmçinin korporasiyalar daxilində innovasiyaları qorumaq və inkişaf etdirməyə imkan verən alətlər dəsti hazırlayıb. Buraya texnoloji "pipeline" (boru kəməri) layihələri yaratmaq və onları avtomatlaşdırmaq imkanı təqdim edən TechScout SaaS platforması da daxildir. Əlavə məlumat üçün: https://gotechinnovation.com/ru/.

Dsight haqqında

2019-cu ildə Arseniy Dabbax və Sergey Kantserov tərəfindən qurulan BI (Business Intelligence) platformasıdır. Şirkət korporasiyalara və investorlara inkişaf strategiyası və rəqəmsal çevrilmə hazırlamaq, həmçinin investisiya və işgüzar əməkdaşlıq məqsədilə xüsusi layihələr axtarmaq üçün texnoloji trendləri və bazarları təhlil etməyə kömək edir. Crunchbase-in tərəfdaşıdır. Dsight, "Vençur Rusiyası" («Венчурная Россия») araşdırması da daxil olmaqla müxtəlif dövri araşdırmalar və hesabatlar dərc edir.

Axis Innovation haqqında

Beynəlxalq investorları və toxum maliyyəsi mərhələsini adlayıb investisiya axtarışında olan startaplara malik korporasiyaları bir araya gətirən konsultasiya şirkətidir. Şirkətin fəaliyyətinin özəlliyi, qlobal ekosistemlərin formalaşmasına imkan verən startap seçimi texnologiyası və beynəlxalq əlaqələrin inkişafı və təşkilidir. Şirkət, əməliyyat axınlarının idarə edilməsi işində kömək edir, konfranslar təşkil etməklə strateji tərəfdaşlıq münasibətləri yaradır. Fəaliyyətlərinin coğrafi fokusu İsrail, Sinqapur, Fransa, Kanada, Türkiyə, Braziliya, İngiltərə və Rusiyanı əhatə edir.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Çin “Type 075” amfibiya hücum gəsmisinin ilk dəniz sınaqlarını keçirib

SONRAKI XƏBƏR

Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib