İraq Baş Naziri elektrik enerjisi istehsalına dair iki vacib təklifi rədd etdi

İraq Baş Naziri elektrik enerjisi istehsalına dair iki vacib təklifi rədd etdi

Eastnews.org-un verdiyi xəbərə görə, İraq parlamentinin neft və enerji komissiyasının üzvü hazırkı hökumətin elektrik enerjisi istehsalı üçün iki vacib təklifi rədd etdiyini vurğulayıb.


Mahmud Zajrəvi hökumətin neft və enerji sahəsindəki fəaliyyətini tənqid edib.

"Mövcud hökumət şəxsən təqdim etdiyimiz iki təklifi rədd edib. Birinci təklif elektrik stansiyalarını saxlamaq üçün neft emalı ilə əlaqədardır. İkincisi isə günəş enerjisi ilə bağlı olub".

O qeyd edib ki, İraq elektrik stansiyalarının fasiləsizliyini qorumaq üçün kerosin emalı zavodları tikməlidir. Elektrik stansiyalarının qara yağla işləməsi bu elektrik stansiyalarının məhv olmasına, elektrik enerjisi istehsalının saatını azaltmasına səbəb olur.

Qeyd edək ki, Bağdad elektrik enerjisini yaxşılaşdırmaq üçün son 17 ildə 40 milyard dollardan çox pul xərcləyib.

Mənbə: Mehr News Agency

Mənbə: eastnews.org