ABŞ-da ixtisarlar davam edir

ABŞ-da ixtisarlar davam edir

2020-ci ilin təkcə iyul ayında COVID-19 pandemiyasının fonunda ABŞ-da daha 262 649 insan işsiz qalıb.

"APA-Economics"in “Reuters”ə istinadən verdiyi məlumata görə, ötən ayda qeydə alınan ixtisarların sayı iyun ayı ilə müayisədə 54% çox olub. Ümumi olaraq, bu il ölkədə işsizlərin sayı 1,848 milyon artıb ki, bu da ötən ilin eyni vaxtı ilə müqayisədə 3,1 dəfə çoxdur.

Qeyd edək ki, ABŞ-da ixtisarların sayı üzrə rekord 2001-ci ildə qeydə alınıb. Həmin il ölkədə 1,957 milyon insan öz işini itirib.

Mənbə: apa.az