Sumqayıtın 70 küçə və dalanında "ağıllı işıqlandırma" sisteminin quraşdırılmasına başlanıldı - VİDEO

Sumqayıtın 70 küçə və dalanında "ağıllı işıqlandırma" sisteminin quraşdırılmasına başlanıldı - VİDEO

Sumqayıt şəhərində ən qabaqcıl və müasir texnologiyalardan istifadəetməklə enerjiyə qənayətə imkan verən və enerji səmərəliliyini artıran, küçə vədalanların fasiləsiz enerji ilə təmin olunmasına xidmət edən işıqlandırmasistemlərinin quraşdırılmasına başlanılıb.

Bu barədə Sumqayıt Küçə İşıqları İdarəsinin baş mühəndisiEyvaz Eyvazov bildirib. Onun sözlərinə görə, işlər 70 küçə və dalanlarlarda aparılacaq: "Birmərkəzdən idarə olunan led lampalardan ibarət işıqlandırma sistemi ilə tam işıqlandırılacaq ki, bu da əvvəlki işıqlara nisbətdə 70-80 faiz enerjiyə qənaətdeməkdir. Hazırda işlər şəhərərazisi üzrə davam edir, Səməd Vurğun, İnşaatçılar, Metallurq, Sülh, Maksim Qorki küçələrində və Stansiya Sumqayıtda bu işləraparılır. Görülən işlərə nəzarəti isə küçə işıqları idarəsinə həvalə edilib.Söküntü işləri tamamlanmaq üzrədir, təmir və bərpa işlərini tam olaraq oktyabrayında yekunlaşacağı nəzərdə tutulub. Pilot layihə çərçivəsində şəhər ağıllı işıqlandırmasistemi ilə təchiz olunacaq".

Qeyd edək ki, layihə prezident İlham Əliyevin 2 iyun 2020-ci ildəimzaladığı sərəncam əsasında reallaşır.

Mənbə: xeberle.com