“Kapital Bank”dan DSMF-ə transfer oldu

“Kapital Bank”dan DSMF-ə transfer oldu

Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna yeni təyinat olub. Bu barədə Banker.az xəbər əldə edib.

Firudin Quliyev DSMF-in Hüquq Departamentinin direktoruna müavin təyin edilib.

Qeyd edək ki, “Kapital Bank”-da 2017-ci ilin sentyabrından hüquqşünas kimi çalışırdı.

Daha əvvəllər ləğv edilmiş iki bank – “NBC Bank” ASC və “Dəmir Bank” ASC-də departament rəhbəri kimi çalışıb.

Mənbə: banker.az