"TƏBİB ona tapşırılan xəstələri dünya standartlarında müalicə etməyi bacardı"- Həkimdən AÇIQLAMA

"TƏBİB ona tapşırılan xəstələri dünya standartlarında müalicə etməyi bacardı"- Həkimdən AÇIQLAMA

"Bizim həkimlərin təcrübələri xaricdən Azərbaycana koronavirusla bağlı köməyə gələn həkimlərin təcrübəsindən çoxdur. Bizim cəmiyyətdə çox qəribə mexanizm - səhiyyə sistemindəki kadrların potensialını çox aşağı görmək var"

Bunu Sonxeber.az-a açıqlamasında uroloq- androloq Vasif İsmayıl deyib:

"Azərbaycan Səhiyyəsi müəyyən mənada yarıtmazlığını sürdürür, amma gəlin virus məsələsində əlimizi vicdanımızın üzərinə qoyaq. Axı səhiyyə sistemi ona əmanət edilmiş xəstələri ümumi statistikada çox yaxşı rəqəmlərlə yol saldı. Düzdür, problemlərimiz oldu. Bəzi xəstəxanalarda kadr çatışmazlığı da gördük. Bu da insanların virusa yoluxması ilə bağlı yaşandı. Buna baxmayaraq, bu kimi problemləri səhiyyə sisteminin üzərinə birbaşa atmaq deyil, bir az daha işin içini bilmək lazımdır. Bu jurnalistlərin işidir. Bu işdə TƏBİB-in birbaşa günahı yoxdur.

TƏBİB ona tapşırılan xəstəxanalarda ona tapşırılan xəstələri dünya standartlarında müalicə etməyi bacardı. Çünki ölkəmizdə virusa yoluxma sayının rəqəmləri Almaniya qədər olmasa da, Fransadan daha yaxşıdır. İlk vaxtlar xəstəxanalara simptomları az olan insanlar qəbul edilirdi. Rəqəmlərin buna görə yaxşı olmağını deyə bilərlər. Burada qismən haqlıdırlar. İyunun əvvəlindən axırınadək olan xəstələrimiz kifayət qədər ağır idi. Bununla belə səhiyyə sistemimiz dünya sistemində müalicə etməyi bacardı".

Şəlalə Babayeva

Sonxeber.az
 

Mənbə: sonxeber.az