250 manat yardımla bağlı detallar hələ də məlum deyil (EKSPERT)

"Hər şey İqtisadiyyat Nazirliyinin atacağı addımdan asılı olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadi ekspert Natiq Cəfərli pandemiya ilə əlaqədar sərt karantin rejimində orta və kiçik sahibkarlara 250 manatlıq dövlət dəstəyi yardımından danışarkən deyib.

Onun sözlərinə görə, bununla bağlı mexanizmlər yenidən işlənilir:

"Orta və kiçik sahibkarlara dəstək üçün cəmi 98 milyon pul ayrılıb. İstiqamətləri isə müvafiq icra strukturuna tapşırılıb. Çox güman ki, bu proseslə bağlı İqtisadiyyat Nazirliyi qərar verəcək. İndi orada yeni qaydların mexanizmləri hazırlanır və yəqin ki, yaxın günlərdə qərar açıqlanacaq. Çox güman ki, bu, 250 manat söhbəti deyil. Yəni, bu bir az çaşdırıcı məqam olub. Orada əvvəl ödənilmiş vergilərin geri qaytarılması ilə bağlı qərar olacaq və yaxud da bu günə kimi işçilərini ixtisar etməyən iş adamlarına hər bir işçiyə görə minimum əmək haqqı səviyyəsində yardım olunacaq”.

Natiq Cəfərli qeyd edib ki, cəmiyyət arasında 250 manatın verilməsi söhbəti yayılsa da, əslində fərqli qaydalar da ola bilər:

"Tam qərar yoxdur”.

Bahar Rüstəmli

 

Qaynarinfo.az

ƏVVƏLKİ XƏBƏR

Ebru Gündeşin 600 manatlıq libası FOTOLAR

SONRAKI XƏBƏR

"TƏBİB ona tapşırılan xəstələri dünya standartlarında müalicə etməyi bacardı"- Həkimdən AÇIQLAMA