Tramp Çinin texnologiya nəhənglərini vurdu

Tramp Çinin texnologiya nəhənglərini vurdu

Donald Trampın ABŞ ərazisində Veçat və Tik Tok servislərini qadağan etməsindən sonra Çin texnologiya şirkətlərinin kapitalizasiyası 100 milyard dollar azalıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Faynənşl Tayms” qəzeti yayıb.

Hazırda Honkonq birjasında Çinin “Tencent” şirkətinin səhmlərinin dəyəri 10,1%, “Alibaba”nın səhmlərinin dəyəri 6,7%, “JD.com”un səhmlərinin dəyəri 5% azalıb.

Bununla bərabər Çinin Şençjen birjasının “ChiNext” indeksi 2,4%, Şanxay birjasının “Star 50” indeksi 3,1% geriləmə göstərib.

Mənbə: axar.az