Mərkəzi Bank bu dəfə 150 milyon cəlb edəcək

Mərkəzi Bank bu dəfə 150 milyon cəlb edəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracını 10 avqust tarixində keçirəcək.

Cebhe.info xəbər verir ki, bu haqda AMB məlumat yayıb.

Bildirilib ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Məbləğin artırıla bilən hissəsi hərrac məbləğinin maksimum 20 faizidir.

Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,26-6,74 faiz təşkil edəcək.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info