Koreya İnstitutu dərman vasitələrinin əldə olunması ilə bağlı Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Koreya İnstitutu dərman vasitələrinin əldə olunması ilə bağlı Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Koreya Səhiyyə Sənayesinin İnkişafı İnstitutu ikitərəfli biznes əlaqələrinin inkişaf etdirilməsi və COVID-19 virusu ilə mübarizə üçün nəzərdə tutulmuş dərman vasitələrinin əldə olunması ilə bağlı əməkdaşlıq təklif edir. Əməkdaşlıqda maraqlı olanlar ətraflı məlumat üçün AZPROMO ilə əlaqə saxlaya bilərlər.

AZERTAG.AZ :Koreya İnstitutu dərman vasitələrinin əldə olunması ilə bağlı Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Mənbə: azertag.az