Cammu və Kəşmirdə Enerji layihələri vasitəsilə sürətlənən inkişaf

Cammu və Kəşmirdə Enerji layihələri vasitəsilə sürətlənən inkişaf

Bandipur rayonunda yerləşən 330 meqavat gücündə Kişanqanqa su elektrik layihəsi, keçən ilin may ayında Baş nazir Narendra Modi tərəfindən xidmətə veriləndə, çoxları bu müəssisənin Cammu və Kəşmirə cəmi bir il ərzində gətirəcəyi böyük faydanı təsəvvür etmirdi.

Olaylar.az bildirir ki, Hindistan Milli İstilik Elektrik Korporasiyasına məxsus hidroelektrik layihəsi tənqidçilər tərəfindən mərkəzi enerji xidməti mənbələrinin azalması kimi qiymətləndirildi. Ancaq 23.24 kilometr uzunluğundakı tuneli ilə bir mühəndislik möcüzəsi olan bu layihənin dividendləri və gəliri bu tənqidçilərin yalnış düşündüklərini sübut etdi.

Pakistan tərəfindən çay layihəsinin inşasının əngəllənməsi istiqamətində bir sıra əhəmiyyətsiz cəhdlər edildi, lakin Hindistan, bu təşəbbüsü həyata keçirmək və vadidə və bütün bölgədə inkişafa imkan yaratmaq üçün bu əhəmiyyətsiz cəhdlərlə Haaqada Daimi Arbitraj Məhkəməsində ciddi şəkildə mübarizə apardı.

Cammu və Kəşmirin Hindistan tacının həqiqi ləl-cavahiratı kimi yüksək status əldə etməsindən sonrakı ilk on ay ərzində ittifaq ərazisi sudan istifadə haqqına görə 343.10 milyon rupi (4.5 milyon ABŞ dolları) və 105.40 milyon rupi (1.4 milyon ABŞ dolları) dəyərində olan 85.12 MU (Million Units) pulsuz enerji əldə etdi. 370-cı maddənin ləğv edilməsinə qarşı olanlar ilkin olaraq yeni sistemin Kəşmir vadisi, Cammu, Leh və Ladaxa gətirəcəyi inkişaf və qazancı yüksək qiymətləndirməyə bilər.

Kişanqanqa elektrik müəssisəsi, çətinliklərə məruz qalmış vadidə iqtisadiyyatı yenidən dirçətlmək üçün nəzərdə tutulmuş elektrik enerjisi istehsalı, ötürülməsi və paylanması layihələrinin bir hissəsi idi.

Kişanqanqa kimi layihələr suvarma üçün elektrik enerjisi və su ilə təmin etməklə yanaşı, minimum xərclərlə səhiyyə xidmətləri əldə etmək, yeni bacarıqlar formalaşdırmaq, parkların səliqəyə salınması , yol əlaqələri və ya hətta layihə ərazisində yaşayan uşaqlara onlayn təhsil vasitəsilə köməklik göstərmək kimi bir sıra digər faydalar da verib. Anti-Hindistan gündəliyi ilə terroristlər tərəfindən demək olar ki parçalanmış vadidə gənclərə təklif olunan yeni iş imkanları diqqətdən qaça bilməz.

Yalnız iki həftə sonra leytenant qubernator Srinaqar, Şopian, Anantnaq, Budqam və Kulqam rayonlarında elektrik enerjisi çatışmazlığının gündə səkkiz saata qədər azaldılması ilə icra olunan elektrik paylanması üzrə on layihənin açılışını etdi.

Təməl daşını qoyduğu daha digər 7 layihə, mərkəzi qurumlar tərəfindən növbəti bir il ərzində müxtəlif sxemlər üzrə həyata keçiriləcəkdir. Xalq Demokratik Partiyası və Milli Konfransın rəhbərlik etdiyi hökumətlərin indiyədək etinasız yanaşdığı elektrik paylanmasınım artırılması, ittifaq ərazisindəki elektrik boşluğunu aradan qaldırmaq üçün ən doğru addım kimi görünür.

Əslində, Cammu və Kəşmirdə ən yüksək tələbatın bu yaxınlarda 3400 Mw gücündə olduğu bildirildi. Bu, milli məcmunun 1.8 faizini təşkil edir. Faktiki çatışmazlıqlar ərazidə yeni layihələr həyata keçirildikdən sonra əhəmiyyətli dərəcədə azaldıldı.

Cammu və Kəşmir, təxminən 20,000 meqavat gücündə su elektrik enerjisi potensialına sahibdir. Buraya Çenab hövzəsində 11283 meqavat, Celumda 3084 meqavat, Ravidə 500 meqavat və Indus hövzələrində 1608 meqavat daxildir. Bütün enerji potensialı istismar edildikdən sonra, Cammu və Kəşmir xalis enerji ixracatçısına çevrilə bilər.

 

Göründüyü kimi bu istiqamətdə bəzi tədbirlər 1000 meqavat gücündə olan Pakul su elektrik stansiyası ilə sürətli izləmə əsasında həyata keçirilmişdir. Çenab vadisindəki başqa bir layihə, 624 meqavat gücə malik Kiru su elektrik stansiyası da inkişaf mərhələsindədir. Enerji Maliyyə Korporasiyası əsasən bu iki iddialı müəssisəni maliyyələşdirsə də, Enerji Ticarət Korporasiyası (PTC) öz onlayn platformasında ticarəti mümkün olan bu layihələrdən artıq qalan enerjini ixrac etməyə hazırlaşır.

Böyük enerji layihələrini maliyyələşdirməklə yanaşı, Cammu və Kəşmir, həmçinin Ladax üçün ortaq enerji tənzimləmə komissiyasının yaradılması, iki ərazidə enerji qaynaqlarının nizamlı şəkildə inkişafına imkan verərək arzu olunan enerji islahatlarının başlanmasına səbəb olardı. Elektrik enerjisi tarifinin müstəqil komissiya tərəfindən tənzimlənəcəyi gözlənildiyi üçün bölgədəki istehlakçının faydalanacağı gözlənilir.

Alok Kumar tərəfindən verilən hesabat, iqtisadi mənfəəti artırmaq və bölgəni öz gəlir axınları ilə iqtisadi cəhətdən özünə güvənən və davamlı etmək məqsədilə hər iki İttifaq ərazisində 24 saat sabit enerjini təmin etmək üçün yüksək enerji panelini təklif etdi. Deməli , sənaye, kənd təsərrüfatı və məişət istehlakına olan tələbat ödənilsəydi, sadə bir planın təqdim olunması lazım idi.

İlk addım olaraq köhnəlmiş enerji infrastrukturunun əsaslı təmirə ehtiyacı var. Taxta dirək və tikanlı məftilləri dəyişdirmək üçün Energetika Nazirliyi tərəfindən mərkəzdə təsdiqlənmiş 900.9 milyon rupi (12 milyon ABŞ dolları) dəyərində olan sərmayənin qoyulması ilə, bir başlanğıcın edildiyini göstərir.

Bundan əlavə, Baş nazir Modi tərəfindən elan edilən Atma Nirbhar Bharat kampaniyası (Özünə güvənən Hindistan kampaniyası) çərçivəsində Enerji Maliyyə Korporasiyası (PFC) və Kənd Elektrik Korporasiyası (REC) tərəfindən maliyyələşdirilməklə, 458.0 milyon rupi (600 milyon ABŞ dolları) dəyərində çox tələb olunan pul axını artırılması hazırda davam edir. Bu, elektrik paylayıcı şirkətlərlərlə bağlı stresi aradan qaldırmağa kömək edəcək və bununla da yerli ictimaiyyətə daha yaxşı istehlakçı xidmətləri göstərməyə imkan verəcək.

Bundan əlavə, enerji sektoru ekosistemində birgəyaşayış infrastrukturunun inkişafına böyük vəsait ayıran və qeyri-kommersiya xidmətləri göstərən maliyyə şirkətləri və bir çox mərkəzləşdirilmiş enerji xidmətləri ilə ciddi dəyişikliklər edilir.

Məsələn, Milli İstilik Elektrik Korporasiyası (NTPC), Elektrik Şəbəkəsi, NHPC, Enerji Maliyyə Korporasiyası (PFC) və Kənd Elektrikləşdirmə Korporasiyası (REC) kimi şirkətlər bacarıqların inkişafı, sığınacaq evləri və s. kimi bir sıra birgəyaşayış layihələrinə 13 milyon ABŞ dollarından çox maliyyə vəsaiti ayırıb. Bununla belə, fərqli nazirliklər tərəfindən iş imkanlarının artırılması, küçələrin işıqlandırılması və bu tipli digər məqsədlər üçün 65 milyon ABŞ dolları dəyərində investisiya qoyulur.

Əgər İttifaq hökumətinin planları terrorizm bəlasını, zərərsizləşdirilmiş anti-Hindistan qrupları tərəfindən ağılasığmaz qətlləri geridə qoyan bir göstəricidirsə, Cammu və Kəşmir ümumi dəyişmmə yolunda qətiyyətli görünür.

Mənbə: olaylar.az