DİM-də beynəlxalq imtahanlar keçirilib

DİM-də beynəlxalq imtahanlar keçirilib

Bakı, 8 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) “Pearson VUE” (Virtual University Enterprises) tərəfindən təqdim olunan, eyni zamanda, informasiya texnologiyaları və daxili audit sahələrinə aid aşağıda qeyd edilən beynəlxalq imtahanlar keçirilib:

- “Oracle” korporasiyasının “Java SE 8 Programmer I” (1Z0-808) sertifikat imtahanı;

- “Institute of Internal Auditors” təşkilatının “CIA Exam Part Two: Practice of Internal Auditing” (IIA--CIA--Part2) sertifikat imtahanı.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Qeyd olunub ki, hər imtahanda bir nəfər olmaqla ümumilikdə 2 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

İmtahanlar haqqında məlumatla DİM-in saytında tanış olmaq mümkündür.

Mənbə: azertag.az