Avro və qızıl ucuzlaşdı, dollar bahalaşdı

Avro və qızıl ucuzlaşdı, dollar bahalaşdı

Türkiyədə dolların məzənnəsi yenidən bahalaşıb.

Cebhe.info Türkiyə birjasına istinadən xəbər verir ki, dollar kəskin bahalaşaraq öz rekordunu təzələyib.

Hazırda 1 dollar 7.29 lirəyə mübadilə olunur ki, bu da ötən günlə müqayisəd 0.87 faiz bahalaşma deməkdir.

Avronun məzənnəsində isə 1.01 faiz ucuzlaşma qeydə alınıb. Bu saata olan məlumata görə, 1 avro 8.52 lirəyə təklif olunur.

Qızılın dəyərində də ucuzlaşma qeydə alınıb.

Hazırda qızılın 1 unsiyası 2.035 dollara təklif olunur ki, bu da ötən günlə müqayisədə 1.34 faiz ucuzlaşma deməkdir.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info