"Biz elə edə bilərdik ki, o kəndlinin 190 manata ehtiyacı olmasın”

"Biz elə edə bilərdik ki, o kəndlinin 190 manata ehtiyacı olmasın”

“Ölkə başçımıza bu sahədə məmurların köməyi lazımdır, amma onlar bunu etmirlər...”

“İnsanlara kömək göstərmək dövlətin humanist addımıdır, biz bunu yüksək qiymətləndiririk, amma biz elə edə bilərdik ki, o kəndlinin 190 manata ehtiyacı olmasın”

Bunu Moderator.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. Sosioloq karantin dövründə kənd təsərrüfatı mallarının rayonlardan Bakıya daşınması üçün müəyyən bir şəbəkə qurulmasının vacibliyini vurğulayıb:

“Növbəti dəfə 190 manat birdəfəlik ödəmənin verilməsi müsbət haldır, bir çox insanlarımızın buna ehtiyacı var. Amma dörd aydır bir neçə müsahibəmdə deyirəm, heç reaksiya verən yoxdur. İnsanlara kömək göstərmək dövlətin humanist addımıdır, biz bunu yüksək qiymətləndiririk, amma biz elə edə bilərdik ki, o kəndlinin 190 manata ehtiyacı olmasın. Ölkə başçımıza bu sahədə məmurların köməyi lazımdır, amma onlar bunu etmirlər. Məsələn, dövlət büdcəsindən bir qəpik xərcləmədən rayonlardan kənd təsərrüfatı məhsullarını müəyyən bir şəbəkə yaradaraq Bakıya daşıyardıq. Onda həm Bakı camaatı bahalı meyvələrə baxa-baxa qalmazdı, çünki çox az adamın imkanı var ki, bahalı meyvə alsın. Bununla yanaşı, evdə qaldığımız vaxt əhalinin ümmuniteti aşağı düşür və bunu qaldırmaq üçün meyvə-tərəvəzdən istifadə edərdilər. Həmçinin işsiz olan bir çox sürücülərlə müqavilə bağlayıb bu işi görmək olardı. Bununla da kəndlinin əlində 190 manatdan qat-qat artıq pul olacaqdı. Çox təəssüflər olsun ki, bunu etmədilər. Bu istiqamətdə iş görülməli idi. Rayondan Bakıya gətirilən məhsulun qarşısını yolda kəsib deyirlər ki, bunu bizə satmalısan. Əslində bu cür şeylərin qarşısı alınmalıdır. İndiki vaxtda əhaliyə dövlətin büdcəsindən bu qədər böyük milyonlar xərcələmkdənsə, o addımı atmağımız daha faydalı olacaqdı. Sözsüz, bunun meyvə biznesi olan oliqarxların büdcəsinə mənfi təsirləri olacaqdı, amma bununla dövlətin büdcəsinə xeyir vermiş olacaqdıq.

Digər tərəfdən rayonlarda əhaliyə verilən birdəfəlik ödəməylə bağlı bir sistem qurmaq lazım idi. Hər kənddə hamı bilir ki, 10-a qədər ailə çox ağır şəraitdə yaşayır və onların siyahısını əldə etməyə çalışmalıydıq. Təbii ki, bununla bağlı icra strukturları hərətəkə keçməli idi. Amma şahidi oluruq ki, rayonların birində mağazası öz adına olmayan adama 190 manat düşüb. O, adam 190 manat alıb, amma buna heç ehtiyacı da yoxdur. Bu o deməkdir ki, mexanizmin təkmilləşməsinə ehtiyac var. Bunun nəticəsində dövlət büdcəsinə çox böyük zərbə dəyir. Bu məsələləri daha diqqətlə təhlil edib, prezidentimizə kömək etməyə ehtiyac var”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az