“Fitch” bu il Rusiya iqtisadiyyatının 5,2% azalacağını proqnozlaşdırır

“Fitch” bu il Rusiya iqtisadiyyatının 5,2% azalacağını proqnozlaşdırır

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il COVID-19 pandemiyasının fonunda Rusiya iqtisadiyyatının 5,2% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, 2021-ci və 2022-ci illərdə ölkədə iqtisadi artımını yenidən bərpa olaraq müvafiq olaraq 3,6% və 2,5% təşkil edəcəyi gözlənilir.

Agentlik qeyd edir ki, inflyasiyanın targetlənməsi, rublun məzənnəsinin elastikliyi və ehtiyatlı maliyyə strategiyası Rusiyanın şoklara qarşı artan müqavimətini və neft qiymətlərinin volatilliyinin iqtisadiyyata təsirini azaltmasını dəstəkləyir.

Ölkədə inflyasiya 2020-ci ildə 3,1% səviyyəsində, 2022-ci ilin axırına isə 3,8%-ə qədər yüksələcəyi proqnozlaşdırılır. Ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 2019-cu ildəki 14,6%-dən 2020-ci ildə 18,5%-ə qədər artacağı proqnozlaşdırılır.

Bundan əlavə, “Fitch”in, bu il Rusiyanın federal büdcə kəsirinin ÜDM-ə nisbətinin 5,1% səviyyəsində olacağı gözləntiləri neft qiymətlərinin aşağı olmasını əks etdirir. 2019-cu ildə federal büdcənin profisiti ÜDM-in 1,8% təşkil etmişdi.

Mənbə: apa.az