Burda texniki səhv ola bilməz

Burda texniki səhv ola bilməz

Kiminsə icazəsi olmadan VÖEN-i aktivləşdirmək mümkün deyil

Prezident İlham Əliyev Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı bildirib ki, sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Prezident göstəriş verib ki, 190 manat birdəfəlik yardım avqust ayında da ödənilsin.

Amma bu məsələdə qaranlıq qalan məqamlar var. Vətəndaşlar karantin rejimi sərtləşdirildiyi iyul ayı üçün 190 manatlıq yardımın ödənb-ödənməyəcəyini bilmirlər. Üstəlik, sahibkarlara ödənəcək yardımla bağlı da bəzi problemlər ortaya çıxıb.

Sosial şəbəkə izləyicisi Aygün Günəş yazıb ki, rəfiqəsinin həyat yoldaşının adına olan VÖEN özünün xəbəri olmadan aktivləsdirilib. Kimlərsə həmin məbləği mənimsəyib.

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, əslində, bu, mümkün deyil. Amma:

- Belə faktlar, təəssüf ki, var. Burda texniki səhv ola bilməz. Çox güman ki, kimsə bu vətəndaşa adına olan VÖEN-i aktivləşdirməyi təklif edib. Pul əldə edildikdən sonra isə ona heç nə ödənməyib. Vətəndaş da indi narazılığını bildirir. Kiminsə icazəsi olmadan VÖEN-i aktivləşdirmək mümkün deyil. Mənim ünvanıma cərimə gəlib ki, guya, 1992-ci il buraxılışlı “Moskviç” markalı avtomobillə sürət həddini aşmışam.

Saatda 120 km. sürətlə avtomobili idarə etmişəm. Birincisi, ömrümdə “Moskviç” markalı avtomobilim olmayıb. İkincisi, “Moskviç” o sürət həddinə malik avtomobil deyil.

Yaddaşım da şükür, yerindədir, heç kimə də belə bir avtomobil hədiyyə etməmişəm. Amma cərimə yazılıb. Daxili işlər nazirinə də müraciət etmişəm. Məsələni araşdıracaqlarını bildiriblər. Yəni, dedidyim odur ki, bəzən elə hadisələr baş verir ki, izahını tapmaq mümkün olmur.

Mənbə: sherg.az