"ADY Container" yük daşımalarının həcmini artırıb

"ADY Container"  yük daşımalarının həcmini artırıb

Bakı. Nərgiz İsmayılova - Trend:

"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Container" MMC tərəfindən 2020-ci ilin ilk yarısında 18 980 konteyner daşınıb.

Bu barədə Trend-ə "ADY Container" MMC-dən bildiriblər.

Bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 50 faiz çox olub. Artımın 33 faizi tranzit daşımaların payına düşüb.

2019-cu ilin ilk yarısında yük daşımalarının həcmi 12 647 konteynerə bərabər olub.

Mənbə: az.trend.az