UNEC-də yeni tədris korpusu istifadəyə veriləcək

UNEC-də yeni tədris korpusu istifadəyə veriləcək

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu ildən yeni tədris korpusu istifadəyə veriləcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan yeni tədris binasında 3 min tələbə təhsil ala biləcək. Yeni tədris binasında 30 auditoriya, 6 mühazirə otağı, ən müasir texnologiya ilə təchiz olunan 12 laboratoriya, 6 linqafon otağı, yeməkxana, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları olacaq.

Mənbə: azertag.az