İmişlidə bu günədək 3 min tondan çox meyvə yığılıb

İmişlidə bu günədək 3 min tondan çox meyvə yığılıb

İmişlidə təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir.

Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən il rayonda mövcud olan 784 hektar meyvə bağından 10 min 73,2 ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də bağlardan bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də bağlarda meyvə bol olub.

Cari ilin ötən ayları ərzində imişlili bağbanlar meyvə bağlarından 3 min 53,9 ton meyvə tədarük ediblər. Tədarük olunan meyvənin 567,3 tonunu alma, 552,2 tonunu armud, 179,2 tonunu ərik, 421,6 albalı, 137 tonunu şaftalı, 491,5 tonunu gavalı, 621,5 tonunu alça, 82,3 tonunu gilas və 1,3 tonunu digər meyvələr tədarük ediblər. Bağbanlar, həmçinin 61 ton giləmeyvə də yığıblar.

Rayonun Şahverdilər, Göbəktala, Qaralar və Cavadxanlı kəndlərində fəaliyyət göstərən fermerlər meyvə yığımında fərqlənirlər. Rayonda meyvə yığımı davam edir.

Mənbə: avropa.info