Ağdaşda çəltik biçininə hazırlıq görülür

Ağdaş, 9 avqust, AZƏRTAC

Ağdaş rayonunun torpaq mülkiyyətçiləri çəltik biçininə hazırlaşırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 618 hektarda çəltik yetişdirilib. Bu il də əkində öz dadı və keyfiyyəti ilə seçilən yerli sortlara üstünlük verilib. Rayonun əksər ərazilərində, xüsusilə Aşağı Ləki, Orta Ləki, Hapıtlı, Yenigə, Yuxarı Nemətabad və bir sıra digər ərazi dairələrində yaxşı məhsul yetişdirilib. Əkinçilər hər hektardan orta hesabla 30-35 sentner məhsul götürmək əzmindədilər.

Qeyd edək ki, rayona ilk yeni çəltikbiçən kombayn gətirilib. Əvvəllər çəltik taxılbiçən kombaynlarla yığılırdı ki, bu da istər-istəməz itkiyə səbəb olurdu. Yeni gətirilən kombaynla isə məhsul itkisiz biçilib döyüləcək.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Medvedev: "Abxaziya və Osetiyanı təcavüzdən qoruduq"

SONRAKI XƏBƏR

Gözəllik yaradan lazer prosedurları gözlərdə hansı fəsadlara səbəb olur?