Bərdə rayonunda daha 60 evə qaz verilib - Fotolar

Azərbaycanın bölgələrində 2020-ci il üzrə tərtib olunan dövlət proqramına uyğun olaraq qaz çəkilişləri davam etdirilir.

“Azəriqaz” İstehsalat Birliyindən “Qafqazinfo”ya bildilib ki, bu günlərdə Bərdə rayonunda Məşədiibişli kəndində qaz çəkilişi prosesi tamamlanıb. Bu kənddə 60 fərdi yaşayış evi qazlaşdırılıb.

Ümumilikdə 7693 metr uzunluğunda polietilen, 6021 metr uzunluğunda metal borularla qaz xətləri çəkilib.

Qazla təmin edilən evlərin hər birinə məişət qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

XƏBƏRDARLIQ: "Vətəndaşlarımız buna əməl etməsə, böyük risklər yaranacaq" - AÇIQLAMA

SONRAKI XƏBƏR

Qohumları ilə mübahisə edən kişi eyvandan yıxıldı - VİDEO