İş adamları problem olmaması üçün – ANBARA NƏZARƏT ETMƏLİDİR – YENİ QAYDA

İş adamları problem olmaması üçün – ANBARA NƏZARƏT ETMƏLİDİR – YENİ QAYDA

Xəbər verildiyi kimi, Azərbaycanda riskli verig ödəyiciləri ilə bağlı yeni meyarlar təsdiqlənib.

FED.az-ın məlumatına görə, həmin meyarlara əsasən, iş adamları vergi xidməti ilə problem yaranmaması üçün anbar qalığını və ümumiyyətlə anbarla əməliyyatları ciddi nəzarətdə saxlamalıdır.

Mühasibat üzrə ekspert Rauf Pənahəliyev FED.az-a yeniliyin mahiyyətini və diqqət yetirilən məqamları izah edib. Ekspert bildirir ki, bundan sonra anbar qalığının mahiyyəti daha vacib məqama çevrilib:

Bildiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə riskli vergi ödyicisinin meyarları təsdiq edilmişdir. Bu meyarlar içərsində diqqət edilməli məqamdan biri də qərarın 3.1.2 maddəsisdir.

Bu maddə aşağıdakı şəkildə verilmişdir.

3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)

Bəs vergi ödəyicisi bu meyarı qorumaq üçün nə etməlidir?

Bu meyar onu göstərir ki, vergi ödəyicisi artıq öz mühasibat uçotunda dəqiq olmalı, anbar uçotunu düzgün şəkildə aparmalıdır. Bunu aşağıdakı nümunə şəklində izah edək:

Tutaq ki, vergi ödəyicisinin ayın əvvəlinə anbarında 50 kub taxta olub. Eyni zamanda vergi ödəyicsi ay ərzində xaricdən 100 kub taxta idxal etmişdir. Bundan əlavə ölkə daxili alış zamanı da 30 kub taxta alınmışdır. Vergi ödəyicisinin ay ərzində təqdim etdiyi e-qaimələrə və səndləşməyə əsasən 200 kub taxta satışı həyata keçirdiyi məlum olmuşdur. Bu zaman artıq bu vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunacaq.

Çünki , 50 kub ( anbar qalığı) +100 kub (idxal) + 30 kub (ölkə daxili alış)= 180 kub taxta

Satış 200 kub- 180 kub = 20 kub

Göründüyü kimi vergi ödəyicisinin 20 kub artıq satış göstərib. Bu o deməkdir ki, artıq bu vergi ödəyicsi anbarında olandan artıq həcmdə satış həyata keçirib və ya qeyri-rəsmi üsulla taxta əldə edib. Buna görədə bu hallarla qarşılaşmamaq üçün anbar uçotu dəqiq aparılmalıdır.

Bunu da qeyd etmək yerinə düşər ki, VM-nin 58.8.2 maddəsinə əsasən malların alışını təsdiq edən sənəd olmadıqda, alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınan malların dəyərinin 10%,ikinci dəfə yol verdikdə 20% ,üç və daha çox dəfə yol verdikdə 40% miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: fed.az