Almaniya iqtisadiyyatı «özünə gəlir» - REKORD ARTIM

Almaniya iqtisadiyyatı «özünə gəlir» - REKORD ARTIM

Avropanın ən böyük iqtisadiyyatı sayılan Almaniya koronavirusun yaratdığı problemlərdən sonra özünə gəlməkdədir.

FED.az xəbər verir ki, Almaniyanın Federal Statistika Agentliyinin (Destatis) məlumatına görə, iyunda Almaniyanın ixracı may ayı ilə müqayisədə 14,9% artaraq rekord vurub. İxracla bağlı müşahidələrin aparıldığı 1990-cu ildən bəri bir ayda ixracın belə kəskin artımı baş verməmişdi.

Eyni zamanda iyunda Almaniyanın idxalı da 7% artıb ki, bu da 2010-cu ildən bəri rekord sayılır. İyun ayında Almaniyanın ixracı 96,1 milyard avro, idxalı 80,5 millyard avro olub. Xarici ticarət saldosu 14,5 milyard dollar təşkil edib. Doğrudur, ötən ilin iyunu ilə müqayisədə Almaniyanın ixracı 9,4% aşağıdır. Bu dövrdə Almaniyanın təkcə Çinə ixracı artıb – 15,4%.

Əvəzində iyunda ölkədə istehsal 8,9% artıb. Belə məlumatlar göstərir ki, Almaniya iqtisadiyyatı əvvəl gözləniləndən daha tez bərpa olunacaq. Bloomberg bildirir ki, indiyədək baş verən iqtisadi geriləmənin yarısı artıq 3-cü rübdə aradan qalxa bilər.

Avropanın başqa ölkələrində də iqtisadi bərpa prosesi başlayıb. Fransada istehsal 12,7%, İspaniyada 14% yüksəlib.

Avropa Komissiyası isə proqnoz etmişdi ki, bu il Almaniya iqtisadiyyatı 6,3% azalıb, gələn il 5,3%: artacaq. 2020-ci ildin ikinci rübündə Almaniya iqtisadiyyatında enmə 10,1% olmuşdu.

Mənbə: fed.az