Azərbaycanın tikinti şirkətinin - VƏZİYYƏTİ MƏLUM OLDU

Azərbaycanın tikinti şirkətinin - VƏZİYYƏTİ MƏLUM OLDU

Azərbaycanın məşhur tikinti quraşdırma şirkəti «Continental Construction and İndustrial CO» ASC 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

FED.az xəbər verir ki, ötən il şirkətin əsas əməliyyat gəliri 5 milyon 149,3 min manat (əvvəlki illə müqayisədə 61,9% və ya 1 milyon 967,9 min manat artım), satışın maya dəyəri 5 milyon 120,8 min manat (56,9% və ya 1 milyon 856,9 min manat artım) olub.

Nəticədə 5 milyon manatlıq dövriyyəyə baxmayaraq ASC-nin ümumi mənfəəti (satış maya dəyərinin fərqi) cəmi 28,5 min manat olub.

Mənfəət vergisi ödənişindən sonra şirkət 2019-cu ili 22,8 min manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, şirkət bundan əvvəlki iki ili zərərlə başa vurmuşdu. 2017-ci ildə zərər 6,3 min manat, 2018-ci ildə isə 82,5 min manat olub.

“Continental Construction and İndustrial CO” ASC-nin 2019-cu ildə cəmi aktivləri 1 milyon 83,8 min manat (1,4% və ya 15,3 min manat artım), cəmi öhdəliklər 141,6 min manat (12,1% və ya 15,3 min manat artım), cəmi kapital 942,2 min manat (dəyişiklik olmayıb) olub.

Mənbə: fed.az