"Singapore Airlines" 6 mindən çox əməkdaşı ödənişsiz məzuniyyətə göndərib

"Singapore Airlines" 6 mindən çox əməkdaşı ödənişsiz məzuniyyətə göndərib

Bakı. Trend:

Sinqapurun “Singapore Airlines” aviaşirkətinin 6 mindən çox əməkdaşı qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə göndərilib.

Trend-in məlumatına görə, bu qərar koronavirus pandemiyası şəriatində aviaşirkətin üzləşdiyi problemlərlə əlaqədar qəbul edilib.

Bundan başqa, 1 700-dən çox əməkdaş, o cümlədən pilotlar, göyərtə bələdçiləri digər təşkilatlarda könüllü əsasda müxtəlif vəzifələrə keçib.

Ümumilikdə ““Singapore Airlines” aviaşirkətində 27 min əməkdaş işləyir.

Mənbə: az.trend.az