Rus aviaşirkətləri Türkiyə kurortlarına uçuşları bərpa edir

Rus aviaşirkətləri Türkiyə kurortlarına uçuşları bərpa edir

Bu gündən etibarən Rusiyadan Türkiyənin Antalya, Bodrum və Dalaman kurortlarına uçuşlar bərpa olunur.

Axar.az xəbər verir ki, uçuşlar "Aeroflot", "S7", "Ural Hava Yolları", “Royal Flight”, "Pobeda", "İkar", Red Vings, "Severnıy veter", və "Azur Air" kimi aviaşirkətlər tərəfindən həyata keçiriləcək.

Türk Hava Yolları, Peqasus və Corendon Hava Yolları da uçuşları bərpa edir.

Bu təyyarələrin Moskva və Sankt-Peterburqla yanaşı Rostov şəhərinə də uçacaqları bildirilir.

Mənbə: axar.az