Rus turistlər Antaliyaya gəldilər - FOTOLAR

Rus turistlər Antaliyaya gəldilər - FOTOLAR

Türkiyədə koronavirus tədbirləri çərçivəsində turist axını başladı. Ötən gün "turizm paytaxtı" Antaliyaya 519 rus turist gəlib.

Metbuat.az xəbər verir ki, yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə mart ayında dayandırılmış uçuşlar 1 avqust tarixindən qadağa götürüldükdən sonra İstanbul Ankara, Antalya, Dalaman və Bodrum şəhərlərinə turist axını başlayıb.

Moskvanın Sheremetyevo hava limanından yola düşən təyyarə, saat 03.25-də Antalya Hava Limanına enib.

Covid-19 ilə əlaqədar intensiv tədbirlərin görüldüyü hava limanına gələn turistlər ailələri və ya dostları ilə birlikdə maska txaraq təyyarədən düşüblər. Termal kameralardan keçərək əllərini müəyyən nöqtələrə yerləşdirilən dezinfeksiyaedici maddələrlə dezinfeksiya edən turistlər pasport və baqaj prosedurlarından sonra servislərdə qalacaqları otellərə yollanıblar.

Mənbə: NTV.COM

 

 

Mənbə: metbuat.az