“Prezidentin gündəlik fəaliyyətinin əsasını Azərbaycan xalqının rifahı, təhlükəsizliyi və hərtərəfli inkişafı təşkil edir”

“Prezidentin gündəlik fəaliyyətinin əsasını Azərbaycan xalqının rifahı, təhlükəsizliyi və hərtərəfli inkişafı təşkil edir”

“Dünya ölkələrini bürümüş koronovirus pandemiyası əksər ölkələrdə iqtisadiyyatı çökdürüb”.

Bu sözləri Bizimyol.ifo-ya açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

 

Nəsib Məhəməliyev

Deputat qeyd edib ki, bir çox ölkələrdə iqtisadi fəallıq iflic olub, sosial layihələr isə tamamilə dayandırılıb: “Ölkəmizdə isə dövlət başçısının rəhbərliyi ilə düşünülmüş, qabaqlayıcı tədbirlər nəticəsində nəzərdə tutulmuş bütün sosial layihələr icra olunmaqdadır.

Faktlara müraciət edək:

-2020-ci ildə məcburi köçkünlər üçün rekord sayda 7000-dən çox ev tikiləcək, 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillə təmin olunacaq.

-Şəhid ailələri və Qarabağ əlillərinə 1500 mənzil və fərdi ev veriləcək. Onlardan 534-ü artıq verilib, qalanları ilin sonuna qədər təqdim olunacaq. İndiyə qədər 8142 mənzil və fərdi ev tikilib.

-Son iki ildə 1000-dən yuxarı avtomobil verilib. İlin sonuna 400 avtomobil nəzərdə tutulub və onlardan 150-si artıq təqdim olunub. Ümumilikdə 6900 avtomobil verilib.

-Şəhid ailələrinə verilən aylıq Prezident təqaüdü 300 manata çatdırılıb. Şəhid ailələrinin 16 yaşadək ( ümumtəhsil məktəblərində təhsil alanlara 18 yaşadək) aylıq sosial müavinət də ödənilir. 12 281 şəhid hərbi qulluqçunun və 18 mindən çox şəhid polis vərəsəsinin bir dəfəlik (11 min manat) ödəmə proqramı 100% icra olunmuşdur.

- Şəhid ailələrinin və Qarabağ əlillərinin övladlarının ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqı dövlət tərəfindən ödənilir.

- 2 milyon şəxsə sosial ödənişlərin davamlılığı təmin edilərək, 6 ayda ötən illə müqayisədə 590 milyon manat artıq vəsait ödənilmişdir.

- Ünvanlı sosial yardım 1 aprel tarixinə 350 min şəxsə, aylıq 225 manat ödənilmişdir.

- 15 mindən çox 65 yaşdan yuxarı tənha şəxsə evində, 1000-dək şəxsə isə, stasionar xidmət göstərilir.

- 100 000 ailəyə iki dəfə ərzaq yardımı edilib.

- Müddəti bitən əlilliyi olan şəxslər, işsizlikdən sığorta olunanlar, peşə hazırlığına cəlb olunan 16 min nəfər üçün ödəniş 2 aylıq uzadılmışdır. Əhaliyə güzəştli elektrik enerjisi limiti aprel- may aylarında 100 kvts. artırılmışdır.

- Məşğulluq və sosial rifah proqramları 5 milyon nəfəri əhatə edir. Dövlət sektorunda çalışan 900 min nəfərin əmək haqqısı qorunub saxlanılıb.

- Özəl sektor üzrə 760 min nəfərin işsizliklə üzləşməsinin qarşısı alınmışdır. İlin əvvəlindən Bağlanmış əmək müqavilələrinin sayı 120 minə çatdırılmışdır. Əmək haqqı fondu 15% artmışdır.

- Karantin rejiminə görə gəlirini itirmiş qeyri-formal işləyən şəxslərə 190 manat, iki aylıq bir dəfəlik, 600 min nəfərə, 225 milyon manat ödənilmişdir.

- İyul ayında sərt karantin rejimi tətbiq olunmuş 16 şəhər və rayonda yaşayan 290 min nəfərə 55 milyon manat ödənilmişdir. Hazırda 13 şəhər və rayon sakinlərinə avqust ayında ayında 53 milyon manat verilməsi nəzərdə tutulur.

- İqtisadiyyatın canlanması üçün hökumət tərəfindən sahibkarlığın inkişafına müxtəlif proqramlar çərçivəsində dəstək göstərilir”.

N.Məhəməliyev bildirib ki qeyri-neft sahəsinin, ələlxüsus aqrar sektorun inkişafına, əhalinin içməli və texniki sulara olan tələbatının ödənilməsinə, suvarma sistemlərinin inkişafına xüsusi diqqət göstərilir: “Azərbaycan ordusunun daha da güclənməsinə, təhlükəsizlik sisteminin təkmilləşdirilməsinə ciddi fikir verilir. Ölkə başçısının gündəlik fəaliyyətinin əsasını Azərbaycan xalqının rifahı, təhlükəsizliyi və hərtərəfli inkişafı təşkil edir. İndiki həssas dövürdə koronovirus pandemiyası və erməni kimi mənfur düşmənlə mübarizədə hər bir vətəndaşımızdan milli birlik nümayiş etdirməsi, ictimai-siyasi sabitliyin qorunması lazımdır”.

Ramid İbrahimov

Mənbə: www.bizimyol.info