Tanınmış iqtisadçı koronavirusdan sağaldı

Tanınmış iqtisadçı koronavirusdan sağaldı

Koronavirus pandemiyasına yoluxan tanınmış iqtisadçı Qalib Toğrul sağalıb.

Cebhe.info xəbər verir ki, bu haqda o, özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

“İyulun 9-da 48 illik həyatımın ən böyük sınağı ilə üzləşdim: “COVID-19 və sol və sağ ağciyərlərin aşağı paylarının 30 faizini zəbt eləmiş buzlu şüşə. Ötən bir aylıq müalicə müddətində COVID-19-la üzülüşdük. Ona görə “üzülüşdük” yazıram ki, bu prosesdə mənə başda qardaşlarım olmaqla, dostlar, həkimlər və tibb bacıları böyük dəstək verdilər.

Ad çəkmək istəmirəm, çünki kimisə unudacağımdan çəkinirəm. Təmənnasız dəstəklərinə görə hər kəsə dərin minnətdarlığımı çatdırıram”, - deyə Toğrul bildirib.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info