Azərbayanda iqtisadi geriləmə - BİR QƏDƏR DƏ ARTDI – RƏQƏMLƏR

Azərbayanda iqtisadi geriləmə - BİR QƏDƏR DƏ ARTDI – RƏQƏMLƏR

Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda iqtisadi vəziyyətlə bağlı məlumatı açıqlayıb.

FED.az xəbər verir ki, 2020-ci ilin yanvar-iyul aylarında ölkədə 40 milyard 008,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz az Ümumi Daxili Məhsul istehsal olunub. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz, neft-qaz sektorunda isə 4,5 faiz azalıb.

ÜDM istehsalının 35,3 faizi sənaye, 11,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 4015,1 manata bərabər olub.

Mənbə: fed.az