Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi azalıb

Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi azalıb

Bu ilin yanvar-iyul aylarında əsas kapitala 7 mlrd 588,3 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çox vəsait yönəldilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 22,9% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,6% azalıb.

İstifadə olunmuş vəsaitin 5 mlrd 104,7 milyon manatı və ya 67,3%-i məhsul istehsalı sahələrinə, 1 mlrd 745,9 milyon manatı (23%-i) xidmət sahələrinə, 737,7 milyon manatı (9,7%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 mlrd 692,5 milyon manatını və ya 61,8%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 mlrd 703,9 milyon manatı və ya 62%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,7%, büdcə vəsaitləri 22%, bank kreditləri 6,2%, əhalinin şəxsi vəsaitləri 5,8%, sair vəsaitlər 4,2%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2,1% təşkil etib.

Mənbə: index.az