“Mənzil və kirayə bazarında SON DURUM... – Ucuzlaşır?!

Son zamanlar daşınmaz əmlak bazarında kəskin ucuzlaşma müşahidə olunur. Ölkədə tətbiq edilən xüsusi karantin rejimi bütün sahələrə təsir göstərdiyi kimi, daşınmaz əmlak bazarından da yan keçməyib. Mütəxəssislərin fikrincə, hazırda bazarda durğunluq müşahidə edilir.

Bölgələrə gediş-gəlişin dayandırılması həyət və bağ evlərinə tələbatı artırıb. Bu da öz növbəsində qiymətlərə təsir göstərib. Evlərin kirayəsi və satışında da kəskin ucuzlaşma müşahidə olunur.

Mənzil bazarındakı ucuzlaşmanı “Sherg.az”a dəyərləndirən daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, iyulun 1-dən avqustun 1-nə kimi bir ay ərzində təkrar mənzil bazarında qiymətlər 2.22 faiz ucuzlaşıb. Ekspertin sözlərinə görə, ilkin mənzil bazarında isə azalma 2.7 faizdir:

“Mənzillərin kirayəsində 9.14 faiz azalma müşahidə olunur. Beləliklə həm ilkin, həm təkrar, həm də kirayə mənzil bazarında qiymətlər aşağı düşüb. Buna səbəb isə həm yay mövsümü, həm də pandemiyadır.

Pandemiya zamanı insanlar hərəkət məhdudiyyətini nəzərə alaraq mənzillərdən çıxıb şəhərkənarı evlərə gedirlər. Bu, tək bizdə deyil digər ölkələrdə də belədir. Hələ ki mənzil bazarında bu sahədə ucuzşalma var.

Amma bağ evlərinin satışında və kirayəsində, həyət evlərində artım müşahidə olunur”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Portland şəhərində gecə nümayişləri davam edir

SONRAKI XƏBƏR

“Müsəlman qardaşları” təşkilatının liderlərindən biri həbsdə öldü