Latviyada büdcə kəsiri təxminən 1 milyard avro təşkil edə bilər

Latviyada büdcə kəsiri təxminən 1 milyard avro təşkil edə bilər

Riqa, 13 avqust, AZƏRTAC

Bu il Latviyada büdcə kəsiri 1 milyard avro təşkil edə bilər.

AZƏRTAC “LETA” informasiya agentliyinə istinadla xəbər verir ki, bu sözləri Latviyanın Maliyyə naziri Yanis Reyrs “TV3” telekanalında yayımlanan “900 saniyə” verilişində söyləyib.

“Büdcə kəsiri təxminən bir milyard avro və ya vergi daxilolmalarının 9-10 faizini təşkil edə bilər”, – deyən Latviyanın Maliyyə naziri hazırda ölkədə büdcə kəsirinin təxminən 500 milyon avro təşkil etdiyini də əlavə edib.

Nazir büdcə gəlirləri baxımından mayda ölkədə böyük kəsirin müşahidə olunduğunu və buna görə ən ağır ay kimi yadda qaldığını deyib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

Mənbə: azertag.az