Hazırda BP-də 2485 azərbaycanlı işləyir

Bakı, 13 avqust, AZƏRTAC

Cari ilin birinci yarısının sonuna BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2485 nəfər təşkil edib.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”, - deyə məlumatda qeyd olunur.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Britaniyada bir fabrikin 300-ə yaxın işçisi koronavirusa yoluxub

SONRAKI XƏBƏR

BNA-nın Mübadilə Mərkəzində “avtoşluq” - Video