Türk lirəsi niyə ucuzlaşır...

Türk lirəsi niyə ucuzlaşır...

Türkiyə lirəsi yaxşı günlərini yaşamır. İlin əvvəlində ABŞ dollarına nisbətdə məzənnəsi hətta 6-dan aşağı olan qardaş ölkə valyutası indi 7.3 həddini də keçib. Məzənnənin yenə yüksələcəyi gözlənilir.

Bizimyol.info xəbər verir ki, türk lirəsinin ucuzlaşmasının bir sıra səbəbləri var. Mütəxəssislər Türkiyə Mərkəzi Bankının faiz dərəcəsini kəskin aşağı salmasını çox qabardır. Amma başqa vacib səbəbləri də unutmaq olmaz.

Türkiyə üçün xarakterik olmayan bir hadisə baş verib. Xarici ticarətdə idxal ixracı üstələyib. Ölkədən 11 milyard dollardan çox investisiya çıxıb. Ticarət balansındakı kəsir xeyli artıb. Ölkənin valyuta ehtiyatları da azalan xətt üzrə gedir. Təkcə ilin ilk beş ayı ərzində 22 milyard dollardan çox itki olub. Bütün bunlar isə lirənin məzənnəsinə təsirsiz ötüşə bilməzdi.

 

Türkiyə Mərkəzi Bankı

Türkiyə Mərkəzi Bankının müdaxiləsi də vəziyyəti xilas etmir. Məzənnənin nisbətən qənaətbəxş olması, adətən, müvəqqəti xarakter daşıyır. Müdaxilə heç hə həmişə uzunmüddətli effekt vermir.

Mənbə: www.bizimyol.info