Çin neft idxalını 25% artırıb

Çin neft idxalını 25% artırıb

Cari ilin iyul ayında Çin 51,3 milyon ton həcmində xam neft idxal edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrünün göstəricisindən 25% çoxdur.

Qeyd edilir ki, 2020-ci ilin yeddi ayı ərzində isə ölkə 320 milyon ton neft idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,1% çoxdur.

Mənbə: finans.az