Azərbaycanın aparıcı BOKT-u rebrendinq edib

"Mol Bulak" MMC bank olmayan kredit təşkilatı (BOKT) adını "M Bulak"a dəyişib.

"Finans.az" bu barədə BOKT-a istinadən xəbər verir.

Xatırladaq ki, “Mol Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,408 milyon manatdır. BOKT-nin təsisçisi Qırğız Respublikasının mikromaliyyə investoru olan “Gascoyne Investment Ltd.” şirkətidir.

Mənbə: report.az

Finans.az

ƏVVƏLKİ XƏBƏR

Tramp İsrail və ərəblər arasında imzalanacaq sazişin tarixini açıqladı

SONRAKI XƏBƏR

8 Premyer Liqa klubu "Qəbələ"nin bazasında - İCMAL