Müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti ikigünlük dayandırılacaq

Müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti ikigünlük dayandırılacaq

Bakı, 14 avqust, AZƏRTAC

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq avqustun 15-i gecə 00:00-dan avqustun 17-si səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu həftə ərzində Bakı şəhərində müntəzəm və ekspress xətlər üzrə avtobuslarla 8 milyondan çox sərnişin daşınıb. Bu isə avqustun 3-7-də qeydə alınan göstəricidən təxminən 14 faiz çoxdur. Belə ki, avqustun ilk həftəsində daşınan sərnişinlərin sayı 7 milyona yaxın olub.

Mənbə: azertag.az