Azərbaycan magistral neft kəmərləri ilə 16,7 mln. tondan çox neft nəql edib

Azərbaycan magistral neft kəmərləri ilə 16,7 mln. tondan çox neft nəql edib

Bu ilin yanvar-iyul ayları ərzində magistral neft kəmərləri ilə 20997,2 min ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 79,8%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 16745,3 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə 2418,8 min ton tranzit nefti də nəql edilib.

 

Mənbə: apa.az