Rusiya və İsveçrə arasında hava əlaqəsi bərpa edilir

Rusiya və İsveçrə arasında hava əlaqəsi bərpa edilir

Bakı. Trend:

Avqustun 15-dən Rusiya və İsveçrə koronavirusa pandemiyası görə dayandırılmış hava əlaqəsini bərpa edirlər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkələr arasında uçuşları "Aeroflot" aviaşirkəti həyata keçirəcək.

Məlumata əsasən, ilk reys bu gün saat 14:50-də Moskvadan Cenevrəyə həyata keçiriləcək.

Bildirilir ki, həftədə bir aviareysin həyata keçirilməsi nəzərdə tutulur.

Mənbə: az.trend.az