Yaponiya imperatoru PEŞMANDI

Yaponiya imperatoru PEŞMANDI

Yaponiya imperatoru İkinci Dünya müharibəsi illərində Tokionun siyasətinə görə peşman oluduğunu söyləyib.

Sonxeber.az "Ria Novosti" yə istinadən xəbər verir ki, bunu Yaponiya İmperatoru Naruhito, İkinci Dünya müharibəsi zamanı şəhid olanların anım mərasimində söyləyib.

Yapon İmperatoru Naruhito, Yaponiyanın müharibə illərindəki keçmişinə görə kədərləndiyini və keçmiş üçün dərin peşmanlıq hissi keçirdiyini bildirib.

Yaponiyanın və dünyanın yeni bəla, yeni bir koronavirus infeksiyası ilə üzləşdiyini qeyd edən imperator, yapon xalqının birgə bu çətinlikləri dəf edəcəyini söyləyib.

Qeyd edək ki, İkinci Dünya müharibəsinin sonlarında ABŞ Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə ilk atom bombalarını atıb və 240.000-dən çox insan həlak olub.

Mənbə: sonxeber.az