Azərbaycanda ötən ay əhali dərman və tibbi ləvazimatlara 63,7 mln. manat xərcləyib

Azərbaycanda ötən ay əhali dərman və tibbi ləvazimatlara 63,7 mln. manat xərcləyib

Bu ilin yanvar-iyul aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatları 383,3 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 38,2% artıb. Təkcə ötən ay əhaliyə 63,7 mln. manat həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb ki, bu da iyun ayı ilə müqayisədə 12,3% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Mənbə: apa.az