Gömrük Komitəsinə yeddi ayda 2 milyondan çox elektron müraciət daxil olub

Gömrük Komitəsinə yeddi ayda 2 milyondan çox elektron müraciət daxil olub

Cari ilin yanvar-iyul aylarında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 2 milyon 71,5 mindən çox elektron müraciət daxil olub.

Komitədən AZƏRTAC-a bildirilib ki, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib.

AZERTAG.AZ :Gömrük Komitəsinə yeddi ayda 2 milyondan çox elektron müraciət daxil olub

Mənbə: azertag.az