Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları fevralda aparılıb

Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları fevralda aparılıb

 

Bakı, 15 avqust, AZƏRTAC

Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları fevralda aparılıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi fevralda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, fevralda idxal əməliyyatlarının dəyəri 1 milyard 66,7 milyon ABŞ dolları, yanvarda isə 721 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin 7 ayında ölkədə idxalın dəyəri 5 milyard 900,7 milyon dollar olub.

AZERTAG.AZ :Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları fevralda aparılıb

Mənbə: azertag.az