Özəl şirkətlərə məxsus daşınmış yüklərin həcmi 18 faiz azalıb

Özəl şirkətlərə məxsus daşınmış yüklərin həcmi 18 faiz azalıb

Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə bu ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi azalıb. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, yeddi ayda qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 17,9 faiz azalıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 78,4 faiz təşkil edib.

Mənbə: sia.az